Azərbaycan taekvondoçuları Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start veriblər. Matc.az xəbər verir ki,  yığmamızın legioneri Milad Beigi Hərçəqani ilk görüşdə qələbə qazanıb.  80 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda çin Taypeyini təmsil edən Liu Vey-Tinqlə üz-üzə gəlib.
 
Rəqibinə 15:11 hesabı ilə qalib gələn Hərçəqani 1/4 finala yüksəlib. İlk raundda idmançılar xal qazana bilməyib. Azərbaycan təmsilçisi ikinci raundda 6:7 hesabı ilə uduzsa da, sonuncu raundda 9:4 hesablı qələbəyə sevinib.

Harçeqani 1/4 finalda Nikita Rafaloviçlə (özbəkistan) qarşılaşıb. İlk raund rəqibin üstünlüyü ilə yekunlaşıb - 2:0. özbəkistanlı idmançı ikinci raundda da taekvondoçumuzu məğlub edib (2:0) və son cəhdə 4:0 üstünlüklə çıxıb. Sonuncu raundda 8:1 hesablı qələbə qazanan Nikita idmançımızı yekunda məğlub edib - 12:1.


Rafaloviç yarımfinalda İordaniya təmsilçisinə uduzduğundan, Hərçəqaninin Olimpiadada mübarizəni dayandırması rəsmiləşib.
 
Digər taekvondoçumuz Fəridə Əzizova (67 kq) 1/8 final mərhələsində ABŞ təmsilçisi Peyc Makfersonla üz-üzə gəlib. İdmançımız rəqibinə 5:8 hesabı ilə məğlub olub. O, ilk raundda 2:0 hesablı qələbə qazansa da, ikinci raundda 0:5 hesabı ilə uduzub. üçüncü raundda isə heç-heçə qeydə alınıb - 3:3. ABŞ idmançısı yarımfinalda uduzduğu üçün Əzizova təsəlliverici görüşlərə qatıla bilməyib və Olimpiada ilə erkən vidalaşıb. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest