Tokio-2020-də kişi basketbolçuların mübarizəsi davam edir. Matc.az xəbər verir ki, C qrupunda Argentina - Sloveniya görüşü keçirilib. Sloveniyalılar cənubi amerikalı rəqiblərini 118:100 hesabı ilə məğlub edərək, turnirə qələbə ilə start veriblər. Ulduz basketbolçu Luka Donçiç 48 xal, 11 ribaund, 5 assistlə qalibiyyətdə əsas pay sahibi olub.

Donçiç basketbolda Yay Olimpiya Oyunlarının tarixinin ikinci ən məhsuldar göstəricisini təkrarlayıb. Daha öncə 1976-cı ildə Eddi Palubinskas bir oyunda 48 xal toplamağı bacarmışdı. Bu mənada rekord Oskar Şmidtə (55 xal) məxsusdu.

Qeyd edək ki, sloveniyalı ulduz Argentina ilə oyunda parketdə cəmi 31 dəqiqə qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest