Fransanın "L'Equipe" nəşri Çempionlar Liqasının bütün tarixinin rəmzi yığmasını tərtib edib.

Matc.az xəbər verir ki, heyətə argentinalı forvard Lionel Messi daxil edilsə də, turnir tarixinin ən yaxşı bombardiri olan portuqaliyalı hücumçu Kriştiano Ronaldo siyahıdan kənarda qalıb.

"L'Equipe" nəşrinə görə Çempionlar Liqasının tarixdəki rəmzi yığması aşağıdakı kimidir:

Qapıçı: Rey Klemens ("Liverpul")

Müdafiəçilər: Daniel Karvaxal ("Real", Madrid), Frans Bekkenbauer ("Bavariya"), Franko Barezi ("Milan"), Paolo Maldini ("Milan")

Yarımmüdafiəçilər: Luka Modriç ("Real", Madrid), Andres İnyesta ("Barselona")

Hücumçular: Lionel Messi ("Barselona"), Yohan Kroyff ("Ayaks"), Corc Best ("Mançester Yunayted"), Alfredo Di Stefano ("Real", Madrid)

Xatırladaq ki, UEFA Çempionlar Liqasının hazırkı qalibi Fransanın PSJ klubudur. Paris təmsilçisi ötən mövsümün finalında Londonun "Arsenal" komandasına qalib gəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest