Sabah UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində səfərdə Estoniyanın "Flora" komandası ilə cavab qarşılaşmasına çıxacaq "Legiya"nın heyəti açıqlanıb.
 
Matc.az Polşa klubunun rəsmi saytına istinadən xəbər verir ki, Varşava təmsilçisinin baş məşqçisi çeslav Mixneviç Tallindəki oyun üçün heyətə azərbaycanlı hücumçu Mahir Emrelinin də adını daxil edib.
 
"Legiya" "Flora" ilə matç üçün artıq Estoniyaya yola düşüb.
 
Sabah keçiriləcək "Flora" – "Legiya" matçına saat 20:00-da start veriləcək. Komandalar arasında Polşada baş tutan ilk görüşdə "Legiya" 2:1 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest