Tokio-2020-də kişi basketbolçuların mübarizəsi davam edir. Matc.az xəbər verir ki, bu gün A və B qruplarında ikinci tura start verilib. Günün ilk oyununda Almaniya Nigeriyanı məğlub edib.
 
Ardınca turnirin əsas favoriti ABŞ İranla qarşılaşıb. Gözlənildiyi kimi, oyun amerikalıların aşkar üstünlüyü şəraitində keçib. Nəticədə ABŞ millisi 54 xal fərqlə qələbə qazanıb. Demian Lillard 21 xalla (7 üçlük) qarşılaşmanın ən məhsuldar oyunçusu olub. ümumiyyətlə, ABŞ basketbolçuları görüşü 19 dəqiq "üçlük"lə tamamlayıblar.
 
Fransa ikinci matçından da qalib ayrılıb. "Xoruzlar" bu səfər çexiyaya şans tanımayıblar - 97:77. Avstraliya isə İtaliyanı məğlub edib. İki turdan sonra A qrupunda Fransa, B qrupunda isə Avstraliya liderdi.
 
A qrupu
 
ABŞ - İran - 120:66
 
çexiya - Fransa - 77:97
 
B qrupu
 
Nigeriya - Almaniya - 92:99
 
İtaliya - Avstraliya - 83:86

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest