Tokio-2020-də kişi voleybolçuların mübarizəsi davam edir. Matc.az xəbər verir ki, bu gün qrup mərhələsinin üçüncü turuna start verilib. Günün ilk matçında Kanada İrana set vermədən qalib gəlib. Farslar Olimpiadada ilk məğlubiyyətlərini alıblar. ABŞ sürprizə imkan verməyərək Tunisdən üstün olub - 3:1. Argentina - Fransa oyunu gərginliyi ilə seçilib. 5 set davam edən matçda gözlənilmədən cənubi amerikalıların qələbəsi qeydə alınıb.
 
Dünya çempionu Polşa Venesuelanı məğlub edib. İtaliya ev sahibi Yaponiyanı üstələyib. Günün mərkəzi matçında Braziliya və ROK (Rusiya Olimpiya Komitəsi) qarşılaşıb. Ruslar cənubi amerikalı rəqiblərinə set vermədən qələbə qazanıblar.
 
üç turdan sonra A qrupunda Polşa, B qrupunda isə ROK liderdi.
 
A qrupu
 
Kanada - İran - 3:0 (25:16, 25:20, 25:22)
 
Polşa - Venesuela - 3:1 (25:16, 25:13, 18:25, 25:15)
 
Yaponiya - İtaliya - 1:3 (20:25, 17:25, 25:23, 21:25)
 
 
B qrupu
 
ABŞ - Tunis - 3:1 (25:14, 23:25, 25:14, 25:23)
 
Argentina - Fransa - 3:2 (23:25, 25:17, 25:20, 15:25, 15:13)
 
Braziliya - ROK (Rusiya Olimpiya Komitəsi) - 0:3 (22:25, 20:25, 20:25)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest