29 İyul 2021, 00:02
DÖYÜŞ NÖVLƏRİ
Tokio Yay Olimpiya Oyunlarının altıncı günündə - 29 iyulda iki idmançımız medallar uğrunda mübarizə aparacaq. Matc.az xəbər verir ki, kişi cüdoçuların 100 kq çəki dərəcəsində Zelim Kotsoyev Tokio-2020-də debüt edəcək. Təmsilçimizin 1/16 finaldakı rəqibi Aleksandr İddir (Fransa) olacaq. Kotsoyevin döyüşünün başlanğıcı Bakı vaxtı ilə saat 06:14-ə planlaşdırılıb.
Digər idmançımız artıq ikinci sınağına çıxacaq. Məhəmməd Abdullayev (+91 kq) 1/16 finalda Danis Latıpovu mübarizədən kənarlaşdırmışdı. Bu dəfə boksçumuzun 1/8 finaldakı rəqibi dünya çempionu (2019) və üçqat (2017, 2019, 2021) Asiya çempionu Baxodir Jalolovdu. Döyüş Bakı vaxtı ilə saat 07:03-ə təyin edilib.