29 İyul 2021, 14:31
DÖYÜŞ NÖVLƏRİ
Tokio-2020-də 63 kq çəki dərəcəsində qadın cüdoçuların mübarizəsində baş verən hadisə gündəmi zəbt edib. Matc.az xəbər verir ki, 1/16 final mərhələsində Şofi özbasla (Macarıstan) qarşılaşmadan öncə məşqçi Klaudiu Puşa əvvəlcə yetirməsi Martina Taydosu (Almaniya) çiyinlərindən tutaraq silkələyib, sonra isə onun üzünə şillə vurub. Görüntülər sosial mediada etirazla qarşılanıb. Puşanın tənqidlərə cavabı isə daha da böyük "qəzəb dalğası"na səbəb olub. Rumın məşqçi məsələ ilə bağlı fikir bildirərkən qeyd edib: "Bu, döyüşlərdən əvvəl idmançımla aramızda olan bir ritualdı. Yetirməmin qarşılaşmadan məğlub ayrıldığını düşünsək, hələ kifayət qədər sərt davranmadığımı da deyə bilərəm".
Martina Traydos isə "Instagram" hesabında bu haqda post paylaşıb: "Kaş fərqli bir mövzu ilə gündəmə gələydim. Bu, məşqçi ilə aramda olan və razılığımın olduğu bir ritualdı. Məşqçim döyüşdən öncə mənə motivasiya vermək üçün belə edirdi - bu qədər".