İspaniya millisinin gənc ulduzu Lamin Yamal 2026-cı il dünya çempionatında vuracağı qolların sayına görə özünü digər ulduz futbolçularla müqayisə etmədiyini bildirib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı RTVE yayıb.
Gənc hücumçu digər futbolçuların statistikasını təqib etmədiyini və komandanın uğuruna kökləndiyini vurğulayıb: "Düşüncələrim tamamilə fərqlidir. Mbappe qol vurdu, mən də vurmaq istəyirəm və ya Messi qol vurdu, mən də vurmaq istəyirəm kimi mənasız bir fikrim yoxdur. Bu müqayisələrə əhəmiyyət vermirəm. Birincisi, hamısı məndən on yaş böyükdür, ikincisi, mənim tamamilə fərqli oyun tərzim var. Futboldan zövq almaq, qalib gəlmək istəyirəm. Başa düşürəm ki, 16 qol vura bilərdim, amma yarımfinalda məğlub olsaq - onda necə? Mən buna can atmıram".
Xatırladaq ki, İspaniya və Kabo-Verde yığmaları 2026-cı il dünya çempionatının H qrupundakı matçında heç-heçə ediblər. Yamal sözügedən qarşılaşmanın 71-ci dəqiqəsində Qavini əvəz edərək meydana daxil olub və 19 dəqiqə şans qazanıb.
Qeyd edək ki, Lamin Yamal La Liqanın 33-cü turunda "Selta Viqo"ya qarşı oyunda sol ayağının bud sümüyündən zədə almışdı. Bu səbəbdən daxili çempionatın son altı turunu və millinin iki yoldaşlıq oyununu buraxan vinger, turnirin startı ərəfəsində İspaniyanın əsas komandası ilə məşqlərə yenidən qayıdıb.













