FİFA ingilis azarkeşlərinə 2026-cı il dünya çempionatı oyunları zamanı tribunalarda üzərində sualtı qayıq təsviri olan İngiltərə bayrağını nümayiş etdirməyi qadağan edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı BBC yayıb.
"Berrou" futbol klubunun bir qrup azarkeşi turnirdə İngiltərə millisini dəstəkləmək üçün şəhərin əsas simvollarından biri olan sualtı qayıq təsvirli Müqəddəs Georgi xaçını özləri ilə gətiriblər. Lakin ali futbol qurumu hərbi texnika təsvirlərinə qoyulan qadağanı əsas gətirərək, həmin bayrağın tribunalara çıxarılmasına icazə verməyib.
Xatırladaq ki, dünya çempionatının ilk turunda İngiltərə yığması Xorvatiyanı 4:2 hesabı ilə məğlub edib. İyunun 23-də keçiriləcək ikinci tur matçında isə Tomas Tuxelin yetirmələri ABŞ-ın Foksboro şəhərində Qana seçməsi ilə qarşılaşacaq.













