Almaniyalı tanınmış məşqçi Yurgen Klopp Türkiyə millisinin 2026-cı il dünya çempionatında qrup mərhələsini keçə bilməməsinə münasibət bildirib.
Matc.az xəbər verir ki, "Magenta TV" kanalında ekspert kimi çıxış edən təcrübəli mütəxəssis Türkiyə yığmasının uğursuzluğunun istəksizliklə bağlı olmadığını qeyd edib.
Onun sözlərinə görə, komanda meydanda həddən artıq böyük psixoloji təzyiq altında mübarizə aparıb və bu amil oyun daxilindəki balansı tamamilə pozub: "Bu illər ərzində çoxlu türkiyəli dostlarım olub və onların indi nə qədər məyus olduqlarını yaxşı anlayıram. Türkiyə turnirə böyük həvəslə başladı. Amma baş verənlər belə güclü komandanın böyük turnirlərdə niyə bəzən məqsədinə çata bilmədiyinin açıq nümunəsidir".
Klopp həmçinin vurğulayıb ki, futbolçuların qələbə qazanmaq üçün həvəsli olmaları bəzən komandanı taktiki plandan uzaqlaşdırıb: “Onlar qələbəni o qədər çox istəyirdilər ki, hücum zamanı balansı və müdafiədə təhlükəsizliyi tam unutdular. Nəticədə turnirin əvvəlindəki nizamlı oyunlarından uzaqlaşdılar və güclü psixoloji təzyiq altında artıq özləri ola bilmədilər”.
Qeyd edək ki, dünya çempionatının D qrupunda yer alan Türkiyə millisi Avstraliyaya 0:2, Paraqvaya isə 0:1 hesabı ilə məğlub olub. Son turdan əvvəl pley-off şansını tamamilə itirən "ay-ulduzlular" turnirlə erkən vidalaşmalı olublar.













