İngiltərənin "Vulherhempton" klubunda çıxış edən azərbaycanlı futbolçu Renat Dadaşov karyerasını Portuqaliyada davam etdirəcək.

İngiltərənin "Vulherhempton" klubunda çıxış edən azərbaycanlı futbolçu Renat Dadaşov karyerasını Portuqaliyada davam etdirəcək. Matc.az xəbər verir ki, yüksək liqa təmsilçisi "Tondela" 22 yaşlı hücumçunu 1 mövsümlük icarəyə götürüb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bu gün tibbi müayinədən keçən futbolçunun sabahdan komanda ilə məşqlərə qoşulacağı bildirilib.
 
Qeyd edək ki, Renat Dadaşovun "Vulherhempton"la müqaviləsi 2023-cü ilin yayına qədərdir. O, 2019-cu ildə icarə əsasında Portuqaliyanın "Pasuş de Ferreyra" klubunda çıxış edib. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest