Nəticədə amerikalı voleybolçuları Tokio-2020 ilə erkən vidalaşıblar. ROK-la yanaşı, Braziliya, Argentina və Fransa mərhələ adlayıblar.

Tokio-2020-də kişi voleybolçuların mübarizəsi davam edir. Matc.az xəbər verir ki, bu gün qrup mərhələsinə yekun vurulub. A qrupunun lideri, dünya çempionu Polşa Kanadanı set vermədən məğlub edib. Eyni hesab İtaliya - Venesuela oyununda da qeydə alınıb. İtalyanlar sevinən tərəf olublar. Yaponiya və İran arasındakı həlledici qarşılaşmada isə ev sahibləri 3:2 hesablı qələbə qazanıblar. Beləliklə, İran mübarizəni qrup mərhələsindəcə dayandırmalı olub. İlk dörd sıranın sahibləri - Polşa, İtaliya, Yaponiya və Kanada 1/4 finala yüksəliblər.
 
B qrupunda gərgin mübarizə şəraitində keçən oyunda Braziliya Fransaya 3:2 hesabı ilə qalib gəlib. B qrupunun lideri və daha öncə son "səkkizliy"ə adını yazdıran ROK (Rusiya Olimpiya Komitəsi) Tunisi üstələyib - 3:0. Növbəti mərhələyə son vəsiqənin taleyinin həll olunduğu matçda isə Argentina ABŞ-ı set vermədən məğlub edib. Nəticədə amerikalı voleybolçuları Tokio-2020 ilə erkən vidalaşıblar. ROK-la yanaşı, Braziliya, Argentina və Fransa mərhələ adlayıblar.
 
A qrupu
 
Polşa - Kanada - 3:0 (25:15, 25:21, 25:16)
 
İtaliya - Venesuela - 3:0 (25:22, 25:15, 25:17)
 
Yaponiya - İran - 3:2 (25:21, 20:25, 29:31, 25:22, 15:13)
 
Turnir cədvəli: 1. Polşa (4 qələbə - 1 məğlubiyyət / 13 xal), 2. İtaliya (4-1 / 11), 3. Yaponiya (3-2 / 8), 4. Kanada (2-3 / 7), 5. İran (2-3 / 6),  6. Venesuela (0-5 / 0).
 
 
B qrupu
 
Braziliya - Fransa - 3:2 (25:22, 37:39, 25:17, 21:25, 20:18)
 
ROK (Rusiya Olimpiya Komitəsi) - Tunis - 3:0 (25:20, 25:22, 25:16)
 
ABŞ - Argentina - 0:3 (21:25, 23:25, 23:25)
 
Turnir cədvəli: 1. ROK (4-1 / 12), 2. Braziliya (4-1 / 10), 3. Argentina (3-2 / 8), 4. Fransa (2-3 / 8), 5. ABŞ (2-3 / 6), 6. Tunis (0-5 / 1).
 
1/4 final cütləri:
 
Polşa - Fransa
 
İtaliya - Argentina
 
Yaponiya - Braziliya
 
Kanada - ROK
 
1/4 finala avqustun 3-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest