La Liqa aprel ayının ən yaxşı oyunçusunu açıqlayıb.

Matc.az xəbər verir ki, 3 oyunda 2 qol və 2 məhsuldar ötürmə edən "Barselona"nın cinah oyunçusu Lamin Yamal ayın oyunçusu seçilib.

O, cari mövsüm üçüncü dəfə bu mükafata layiq görülüb. Yamal noyabr və dekabr aylarında da ən yaxşı oyunçu seçilmişdi.

18 yaşlı futbolçu səsvermədə Lukas Boye ("Alaves"), Vedat Murikui ("Malyorka"), Karlos Soler ("Real Sosyedad") və Federiko Vinası ("Real Oviedo") geridə qoyub.

Qeyd edək ki, Pau Kubarsi ("Barselona") ayın gənc oyunçusu, Martin Demiçelis ("Malyorka") isə ayın məşqçisi seçilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest