Tokio Yay Olimpiya Oyunlarında kişi basketbolçuların mübarizəsi davam edir. Matc.az xəbər verir ki, bu gün C qrupunda sonuncu - üçüncü tura start verilib. 
 
Günün ilk oyununda Argentina Yaponiya ilə qarşılaşıb. Cənubi amerikalılar çətinlik çəkmədən qələbə qazanıblar. Görüşü 23 xal, 10 ribaundla tamamlayan Luis Skola qalibiyyətdə əsas pay sahiblərindən biri olub. Beləliklə, Argentina ən yaxşı iki qrup ikincisindən biri olmağı təmin edib və 1/4 finala yüksəlib.
 
C qrupunun digər matçında İspaniya və Sloveniya qrup liderini müəyyənləşdirməyə çalışıblar. Yekunda qələbə qazanan tərəf slovenlər olub. Vlatko çançar 22 xalla qalibiyyətin əsas memarlarından olub. İspaniyanın heyətində Riki Rubionun 18 xalı yetərli olmayıb. Sloveniya qrup lideri kimi növbəti mərhələyə adlayıb, İspaniya isə ikinciliklə kifayətlənib.
 
Tokio-2020
 
Basketbol (kişilər)
 
C qrupu
 
Argentina - Yaponiya - 97:77
 
İspaniya - Sloveniya - 87:95
 
Turnir cədvəli: 1. Sloveniya (3-0 / 6 xal), 2. İspaniya (2-1 / 5), 3. Argentina (1-2 / 4), 4. Yaponiya (0-3 / 3).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest