Vüqar Əliyevin rəhbərlik etdiyi yığmamız burada məşqlərlə bərabər 3 yoxlama oyunu da keçirib. Qızlarımız Yunanıstan millisinə qarşı keçirdiyi 3 yoxlama matçından birində qalib olub.

Avropa çempionatının final mərhələsinə hazırlığını davam edən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yunanıstanda təşkil olunan təlim-məşq toplanışını başa vurub. Matc.az xəbər verir ki, Vüqar Əliyevin rəhbərlik etdiyi yığmamız burada məşqlərlə bərabər 3 yoxlama oyunu da keçirib. Qızlarımız Yunanıstan millisinə qarşı keçirdiyi 3 yoxlama matçından birində qalib olub.
 
Millimiz hazırlıq planına uyğun olaraq avqustun 31-də Yunanıstandan birbaşa Macarıstana yola düşüb. Komandamız Macarıstanda avqustun 5-7-də keçiriləcək "SAVARİA" beynəlxalq turnirində qüvvəsini sınayacaq. Dairəvi sistemlə baş tutacaq yarışda millimizin rəqibləri ev sahibləri, Hollandiya və çexiya yığmaları olacaq. Voleybolçularımız avqustun 5-də Macarıstanla, 6-da Niderlandla, turnirin son günü isə çexiya millisi ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest