Tokio-2020-də qadın voleybolçuların mübarizəsi davam edir. Matc.az xəbər verir ki, bu gün qrup mərhələsinə yekun vurulub. A qrupunda dünya çempionu Serbiya Cənubi Koreyanı set vermədən məğlub edib. Eyni hesabla Braziliya Keniyanı üstələyib. 1/4 finala vəsiqənin taleyinin həll olunduğu görüşdə isə Dominikan Respublikası Yaponiyaya 3:1 hesabı ilə qalib gəlib. Nəticədə ev sahibləri mübarizəni erkən dayandırıblar.

B qrupunun mərkəzi matçında ABŞ beş set sonunda İtaliyaya qalib gələrək lider kimi 1/4 finala yüksəlib. ROK (Rusiya Olimpiya Komitəsi) - Türkiyə oyununda da tay-breykə ehtiyac duyulub. "Ay-ulduzlular" qələbə qazanıblar. Meryem Boz 22 xalla qalibiyyətdə əsas pay sahibi olub. Beləliklə, Türkiyə qrup üçüncülüyünü təmin edib. Heç bir önəm daşımayan görüşdə isə çin Argentinanı məğlub edib - 3:0.
 
A qrupu
 
Serbiya - Cənubi Koreya - 3:0 (25:18, 25:17, 25:15)
Yaponiya - Dominikan Respublikası - 1:3 (10:25, 23:25, 25:19, 19:25)
Braziliya - Keniya - 3:0 (25:10, 25:16, 25:8)
 
Turnir cədvəli: 1. Braziliya (5-0 / 14), 2. Serbiya (4-1 / 12) 3. Cənubi Koreya (3-2 / 7), 4. Dominikan Respublikası (2-3 / 8), 5. Yaponiya (1-4 / 4), 6.  Keniya (0-5 / 0).
 
B qrupu

ABŞ - İtaliya - 3:2 (21:25, 25:16, 25:27, 25:16, 15:12)
ROK (Rusiya Olimpiya Komitəsi) - Türkiyə - 2:3 (25:21, 23:25, 23:25, 25:15, 10:15)
çin - Argentina 3:0 (25:15, 25:22, 25:19)
 
1. ABŞ (4-1 / 10), 2. İtaliya (3-2 / 10), 3. Türkiyə (3-2 / 9), 4. ROK (3-2 / 9), 5. çin (2-3 / 7), 6. Argentina (0-4 / 0).
 
Qruplarında ilk dörd pilləni tutan komandalar 1/4 finala yüksəliblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest