Helsinki təmsilçisi "ağ-qaralar"la oyunlara 22 futbolçu sifariş edib. Heyətdə 3 qapıçı, 8 müdafiəçi, 5 yarımmüdafiəçi və 6 hücumçu yer alıb.

"Neftçi"nin Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi olan Finlandiyanın HİK klubu iştirak ərizəsini UEFA-ya təqdim edib. Matc.az xəbər verir ki, Helsinki təmsilçisi "ağ-qaralar"la oyunlara 22 futbolçu sifariş edib.
 
Heyətdə 3 qapıçı, 8 müdafiəçi, 5 yarımmüdafiəçi və 6 hücumçu yer alıb.
 
Qapıçılar: 12. Yakob Tannander, 31. Hüqo Keto, 79. Matias Niemela;
 
Müdafiəçilər: 3. Yanne Saksela, 4. Markus Halsti, 5. Daniel O`Şonessi, 13. Luis Karlos Murilyo, 15. Miro Tenho, 16. Valtteri Moren, 18. Dilan Murnane, 22. Kevin-Kuassivi Benissan;
 
Yarımmüdafiəçilər: 6. Jair, 10. Lukas Linqman, 14. Sebastyan Dalström, 20. Tim Sparv, 24. David Braun;
 
Hücumçular: 7. Luis Enrike, 9. Riku Riski, 11. Rope Riski, 27. Filip Valençiç, 29. Antoni Olusanya, 37. Atomu Tanaka.
 
Qeyd edək ki, "Neftçi" və HİK arasında ilk oyun avqustun 3-də Bakıda, cavab görüşü isə avqustun 12-də Helsinkidə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest