03 Avqust 2021, 19:34
TOP OYUNLARI
Tokio Yay Olimpiya Oyunlarında voleybol yarışları davam edir. Matc.az xəbər verir ki, bu gün kişi voleybolçuların mübarizəsində 1/4 final mərhələsinə yekun vurulub.
ROK (Rusiya Olimpiya Komitəsi) Kanada ilə görüşdə sürprizə imkan verməyib və 3:0 hesabı ilə qələbə qazanaraq mərhələ adlayıb. Braziliya ev sahibi Yaponiyanı asanlıqla məğlub edib - 3:0.
İtaliya - Argentina oyununun qalibi 5 setdə müəyyənləşib. Latın amerikalılar sevinən tərəf olublar. İtaliya Rio-2016-nın gümüş mükafatçısı idi. Polşa - Fransa matçının taleyini də tay-breyk həll edib. Beşinci setdə fransızların qələbəsi qeydə alınıb. Beləliklə, dünya çempionu Polşa mübarizəni 1/4 finalda dayandırıb.
Tokio-2020
Voleybol (kişilər), 1/4 final
Kanada - ROK (Rusiya Olimpiya Komitəsi) - 0:3 (21:25, 28:30, 22:25)
Yaponiya - Braziliya - 0:3 (20:25, 22:25, 20:25)
İtaliya - Argentina - 2:3 (25:21, 23:25, 22:25, 25:14, 12:15)
Polşa - Fransa - 2:3 (25:21, 22:25, 25:21, 21:25, 9:15)
Yarımfinal mərhələsi avqustun 5-də start götürəcək. Fransa Argentina ilə qarşılaşacaq. Braziliyanın rəqibi isə ROK olacaq.