Tokio Yay Olimpiya Oyunlarında kişi basketbolçuların mübarizəsi davam edir. Matc.az xəbər verir ki, bu gün yarımfinalçılar müəyyənləşib. 
 
Sloveniya çətinlik çəkmədən Almaniyanı məğlub edib. Zoran Draqiç (27 xal) və Luka Donçiç (20 xal, 11 assist, 8 ribaund) qalibiyyətdə əsas pay sahibi olublar. Olimpiadanın bir nömrəli favoriti ABŞ İspaniya ilə qarşılaşıb. Oyun amerikalıların üstünlüyü şəraitində keçib. 95:81 hesabı ilə qələbə qazanan ABŞ yarımfinala çıxıb. Kevin Dyurant (29 xal) komandanın heyətində ən məhsuldar basketbolçu olub. Riki Rubionun 38 xalı qalibiyyət üçün yetərli olmayıb.
 
Fransa İtaliyanı mübarizədən kənarlaşdırıb. Yarımfinalçılar sırasında Avstraliya da var. Brayan Qurcianın yetirmələri Argentinanı asanlıqla məğlub ediblər.
 
Tokio-2020
Basketbol (kişilər), 1/4 final
 
Sloveniya - Almaniya - 94:70
 
İspaniya - ABŞ - 81:95
 
İtaliya - Fransa - 75:84
 
Avstraliya - Argentina - 97:59
 
Yarımfinalda Sloveniya Fransa ilə qarşılaşacaq. ABŞ-ın rəqibi isə Avstraliya olacaq. Hər iki görüş avqustun 5-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest