Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda AEL-in qonağı olacaq "Qarabağ" bu gün Kiprə yollanacaq. Matc.az xəbər verir ki, Ağdam təmsilçisini Larnaka şəhərinə aparacaq təyyarə saat 18:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
 
Baş məşqçi Qurban Qurbanov avqustun 4-də yerli vaxt ilə 19:45-də (Bakı vaxtı ilə 20:45) mətbuat konfransında iştirak edəcək. Son məşq isə yerli vaxt ilə 20:00-da (Bakı vaxtı ilə 21:00) matçın oynanılacağı "AEK Arena" stadionunda baş tutacaq.
 
Avqustun 5-də "AEK Arena"da keçiriləcək AEL - "Qarabağ" matçına Bakı vaxtı ilə 21:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest