İspaniya basketbolu üçün bir dövr başa çatıb. Matc.az xəbər verir ki, Pau və Mark Qazol qardaşları yığma karyeralarını bitirdiklərini bəyan ediblər. İspaniya yığması bu gün Olimpiadanın 1/4 finalında ABŞ-a 81:95 hesabı ilə uduzaraq mübarizəni dayandırdı. Oyundan sonra Qazol qardaşları qərarlarını rəsmən açıqlayıblar.
 
Pau klub karyerası ilə bağlı hələlik yekun qərarını verməyib. 41 yaşlı basketbolçu son mövsümü "Barselona"da keçirmişdi. Mark isə növbət mövsüm də "Leykers"də qalmağı planlaşdırdığını bildirib.
 
Qasol qardaşları birlikdə İspaniya millisinin heyətində iki dəfə (2008, 2012) Olimpiadanın gümüş medalını qazanmaqla yanaşı, bir dəfə (2006), dünya çempionu, iki dəfə (2009, 2011) isə Avropa çempionu olublar. Həmçinin Mark 2019-cu ildə çində keçirilən dünya çempionatında da çempionluq yaşayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest