Tokio-2020-də qadın basketbolçuların mübarizəsində 1/4 final mərhələsinə start verilib.  Matc.az xəbər verir ki, günün ilk oyununda çin Serbiya ilə qarşılaşıb. Asiyalılar sonuncu perioda 9 xal fərqi ilə üstün yollansalar da, Balkan təmsilçiləri geridönüş etməyi bacarıblar. Nəticədə Serbiya dördüncü perioddakı üstün performansı sayəsində oyundan qalib ayrılıb və mərhələ adlayıb. Serbiyanın yarımfinaldakı rəqibi ABŞ olacaq. Amerikalılar çətinlik çəkmədən Avstraliyanı üstələyiblər.
 
Yaponiya - Belçika matçı dramatikliyi ilə diqqət mərkəzinə düşüb. Belçika basketbolçuları oyunun gedişində xal fərqini 13-ə kimi çatdırsalar da, qarşı tərəf geridönüş etməyi bacarıb. Nəticədə son saniyələrdəki "üçlük" sayəsində Yaponiya 86:85 hesablı qələbə qazanaraq yarımfinala çıxıb. İspaniya - Fransa duelində isə sevinən tərəf "ikincilər" olub. Marin Joannes (18 xal) komandasının qələbəsində əsas pay sahibi olub. Fransa finala vəsiqə uğrunda Yaponiya ilə qarşılaşacaq.
 
Tokio-2020
Basketbol (qadınlar), 1/4 final
 
çin - Serbiya - 70:77
Avstraliya - ABŞ - 55:79
Yaponiya - Belçika - 86:85
İspaniya - Fransa - 64:67
 
Yarımfinal mərhələsinə avqustun 6-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest