Tokio Yay Olimpiya Oyunlarında həndbol yarışları davam edir. Matc.az xəbər verir ki, bu gün qadın həndbolçuların mübarizəsində 1/4 final mərhələsinə yekun vurulub. Günün ilk matçında ROK (Rusiya Olimpiya Komitəsi) Monteneqro ilə qarşılaşıb. İlk hissədə geri düşməsinə baxmayaraq, ikinci hissədə üstünlüyü ələ alan ruslar sürprizə imkan verməyiblər. Görüş son Olimpiya çempionlarının 32:26 hesablı qələbəsi ilə yekunlaşıb. ROK-un yarımfinaldakı rəqibi Norveç olacaq. Skandinavlar Macarıstana qalib gəlib.
 
Mərhələ adlayan komandalar sırasında İsveç də var. Tomas Aksnerin yetirmələri Cənubi Koreyanı çətinlik çəkmədən məğlub edib. Rio-2016-nın finalçısı Fransa isə Niderlandı üstələyib - 32:22. Fransızların növbəti rəqibi İsveç olacaq.
 
Tokio-2020
Həndbol (qadınlar), 1/4 final
 
ROK (Rusiya Olimpiya Komitəsi) - Monteneqro - 32:26
 
Norveç - Macarıstan - 26:22
 
İsveç - Cənubi Koreya - 39:30
 
Fransa - Niderland - 32:22
 
Yarımfinal mərhələsinin görüşləri avqustun 6-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest