İngiltərənin "Liverpul" klubu qapıçısı Alisson Bekker ilə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı qolkiperlə 6 illik yeni sözləşmə imzalanıb.
 
Qeyd edək ki, Alisson Bekker 2018-ci ilin yayından Mersisayd təmsilçisində çıxış edir. 29 yaşlı qapıçı ötən mövsüm 42 oyunda meydana çıxıb və 41 qol buraxıb. O, bu komandanın heyətində bütövlükdə 130 matça çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest