Yeni mövsümə hazırlığı davam etdirən "Səbail" komandası yoxlama oyunu keçirəcək. Matc.az xəbər verir ki, "dənizçilər" "Keşlə" ilə qarşılaşacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Avqustun 7-də, "ASK Arena"da keçiriləcək görüş saat 19:00-da başlayacaq.
 
"Səbail" bundan əvvəl Gürcüstanın "Şevardeni", "Lokomotiv" və "Saburtalo" komandaları ilə yoxlama oyunu keçirib. Premyer Liqa təmsilçisi "Şevardeni" ilə heç-heçə edib (1:1), "Lokomotiv" (0:2) və "Saburtalo"ya (2:5) isə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest