Azərbaycan millisi bu gün Niderland, avqustun 7-də isə Çexiya ilə üz-üzə gələcək.

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Macarıstanın Samboteli şəhərində beynəlxalq "Savaria" turnirinə qatılıb. Matc.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk rəqib Macarıstan yığması. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2 (25:23; 23:25; 17:25; 25:22; 17:15)
 
Qeyd edək ki, Azərbaycan millisi bu gün Niderland, avqustun 7-də isə çexiya ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest