Qadın voleybolçulardan ibarət Braziliya millisinin üzvü Tandara Alves Kayşeta yarımfinal mərhələsi çərçivəsində bu gün Cənubi Koreya ilə oynanılacaq matçda çıxış edə bilməyəcək. Matc.az xəbər verir ki, Kayşeta antidopinq qaydalarını pozduğu üçün Olimpiadadan uzaqlaşdırılıb. 32 yaşlı voleybolçu komandanın düşərgəsini tərk edərək ölkəsinə qayıdıb.
 
Kayşeta Tokio-2020-də başlamamış, iyulun 7-də Braziliyada dopinq testi verib. Onun testinin nəticəsinin müsbət olduğu məlum olub. İdmançı baş verənlərə münasibət bildirməkdən imtina edib.
 
Dünya Antidopinq Agentliyinin (WADA) qaydalarına görə, heyətdə dopinqdən istifadə edən ən azı iki idmançı olarsa, komanda diskvalifikasiya oluna bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest