06 Avqust 2021, 18:09
TOP OYUNLARI
Tokio-2020-də həndbol yarışları sona yaxınlaşır. Matc.az xəbər verir ki, bu gün qadın həndbolçuların mübarizəsində finalçılar müəyyənləşib. Fransa və İsveç millilərinin duelindən "birincilər" qalib ayrılıb. Fransızların finaldakı rəqibinin kimliyinə Norveç - ROK (Rusiya Olimpiya Komitəsi) oyununda aydınlıq gəlib. Matçın gedişində ruslar 6 xal fərqi ilə önə keçiblər. Buna rəğmən, Norveç həndbolçuları axıra qədər mübarizə aparıblar. Son bir dəqiqədə fərq birə enib. Lakin norveçlilərin bundan artığına gücü çatmayıb. Nəticədə 27:26 hesabı ilə qələbə qazanan ROK növbəti finalçı olub.
Tokio-2020
Həndbol (qadınlar), yarımfinal
Fransa - İsveç - 29:27
ROK (Rusiya Olimpiya Komitəsi) - Norveç - 27:26
Tokio-2020-də qadın həndbolçuların mübarizəsinə avqustun 8-də yekun vurulacaq.
2016-cı il Rio Yay Olimpiya Oyunlarında finalda məhz ruslarla fransızla qarşılaşmış, görüş "birincilər"in xeyrinə başa çatmışdı. Qeyd edək ki, Tokioda kişi həndbolçuların mübarizəsində də Rio-2016-nın finalı təkrarlanacaq. Beş il əvvəl olduğu kimi, yenə Danimarka və Fransa milliləri çempionluq matçına çıxacaqlar.