Ev sahibləri Fransa ilə qarşılaşıblar. İkinci perioddan etibarən nəzarəti ələ keçirən yaponlar sona qədər üstünlüyü qoruya biliblər. Fransanın heyətində Sandrin Qrudanın 18 xallıq performansı yetərli olmayıb.

Tokio-2020-də basketbol yarışları sona yaxınlaşır. Matc.az xəbər verir ki, qadın basketbolçuların mübarizəsində yarımfinal mərhələsinə yekun vurulub. Günün ilk matçında ABŞ Fransa ilə qarşılaşıb. Gözlənildiyi kimi, oyun amerikalıların aşkar üstünlüyü şəraitində keçib. Nəticədə ABŞ-ın 20 xal fərqli qələbəsi qeydə alınıb. Brittni Qrayner 15 xal, 12 ribaundla dabl-dabl edib və komandasının qalibiyyətində önəmli pay sahibi olub. 
 
ABŞ-ın finaldakı rəqibi Yaponiya olacaq. Ev sahibləri Fransa ilə qarşılaşıblar. İkinci perioddan etibarən nəzarəti ələ keçirən yaponlar sona qədər üstünlüyü qoruya biliblər. Fransanın heyətində Sandrin Qrudanın 18 xallıq performansı yetərli olmayıb.
 
Tokio-2020
Basketbol (qadınlar), yarımfinal
 
ABŞ - Serbiya - 79:59
 
Yaponiya - Fransa - 87:71
 
Sabah bürünc mükafatçının kimliyinə aydınlıq gələcək. üçüncülük uğrunda oyunda Serbiya və Fransa üz-üzə gələcək. Avqustun 8-də isə ABŞ və Yaponiya milliləri çempionu müəyyənləşdirəcəklər. Qeyd edək ki, qadın basketbolçulardan ibarət ABŞ yığması 8 dəfə Olimpiadanın qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest