Yeni mövsümə hazırlaşan  "Sabah" heyətinə yeni futbolçu cəlb edib. Matc.az xəbər verir ki, Masazır təmsilçisi vaxtilə "Barselona"da oynamış Kristian Sebalyosla güclənib. 29 yaşlı hücumçunun transferi yaxın saatlarda rəsmən açıqlanacaq.

Sebalyos "Barselona" (U-19) ilə yanaşı, "Tottenhem"də (2011-2013) də forma geyinib. 

O, digər İngiltərə təmsilçisi "çarlton", Portuqaliyanın "Aroka", Belçikanın "Sent Truden" klublarında çıxış edib. Son mövsümü isə "Qətər" klubunda keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest