Tokio Yay Olimpiya Oyunlarında kişi həndbolçuların mübarizəsinə yekun vurulub. Matc.az xəbər verir ki, finalda Fransa və Danimarka üz-üzə gəlib. Oyun fransızların üstünlüyü şəraitində keçib. Oyunun gedişində xal fərqi 6-ya qədər yüksəlib. Danimarkalılar geridönüş etmək üçün özlərində güc tapıblar. Oyunun sonlarına yaxın fərq birə enib. Hətta son topda Danimarkanın hesabı bərabərləşdirmək imkanı da yaranıb. Lakin "skandinavlar"ın fürsətdən yararlana bilməməsi sonda "xoruzlar" topu boş qapıya göndərməsi ilə nəticələnib. 25:23 - beləliklə, Fransa Danimarkadan Rio-2016-nın revanşını alaraq üçüncü dəfə Olimpiya çempionu olub.
 
Qeyd edək ki, beş il öncə finalda Danimarka fransızları məğlub etmişdi.
 
Tokio-2020
Həndbol (kişilər), final
 
Fransa - Danimarka - 25:23

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest