Tokio Yay Olimpiya Oyunlarında həndbol yarışlarına yekun vurulub. Matc.az xəbər verir ki, son olaraq qadın həndbolçuların mübarizəsində qalib müəyyənləşib. Finalda ROK (Rusiya Olimpiya Komitəsi) və Fransa milliləri üz-üzə gəlib. Olivye Krömboltsun yetirmələri ilk hissənin axırına yaxın əldə etdikləri üstünlüyü sona qədər qorumağı bacarıblar. Yekunda ROK-u 30:25 hesabı ilə məğlub edən Fransa həndbolçuları Olimpiya çempionu olublar.
 
Tokio-2020
Həndbol (qadınlar), final
 
Fransa - ROK (Rusiya Olimpiya Komitəsi) - 30:25
 
Qeyd edək ki, 2016-cı il Rio Yay Olimpiya Oyunlarında finalda məhz bu iki komanda üz-üzə gəlmiş və qələbə qazanan tərəf ruslar olmuşdular.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest