"Qarabağ"ın müdafiəçisi Kevin Medina Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində Kipr AEL-inə qarşı keçirəcəkləri cavab oyunundan danışıb. Matc.az xəbər verir ki, o, bunları söyləyib:
 
"Rəqibin müəyyən keyfiyyətlərə malik oyunçulardan qurulmuş hücum xətti var. Nəsə var onlarda. Amma qeyri-adi nəyəsə qadir olduqlarını deyə bilmərəm. Hətta mənə görə, "Aşdod"a qarşı oynamaq daha çətin idi, nəinki AEL-ə. Yaxşı oyunçuları var, özünəməxsus keyfiyyətlərə malikdilər, amma qarşısıalınmaz deyillər. Nəsə, qeyri-adi üstünlüyə malik deyillər. Bakıdakı meydanı tanıyırıq, dəfələrlə oynamışıq, uyğunlaşmışıq meydana. Hava şəraitinə də uyğunlaşmışıq deyə, Bakıda eyni problemləri yaşamayacağıq və daha effektli olacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest