Avropa çempionatının final mərhələsində mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisi hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, avqustun 1-dən 7-dək Macarıstanda təlim-məşq toplanışı ilə bərabər "Savaria" beynəlxalq turnirində də iştirak edən komandamız Bosniya və Herseqovinaya yola düşüb. Voleybolçularımız hazırlıq planına uyğun olaraq təlim-məşqləri Bosniya və Herseqovinada davam edəcəklər. Vüqar Əliyevin rəhbərlik etdiyi komandamız avqustun 16- da Bosniya və Herseqovinada təlim-məşq toplantılarına yekun vuracaq və avqustun 17-də çempionatın keçiriləcəyi Serbiyanın Belqrad şəhərinə yollanacaq.
Qeyd edək ki, A qrupunda yarışacaq komandamızın rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq.
20 avqust
17:00. Azərbaycan - Belçika
21 avqust
18:00. Azərbaycan – Bosniya və Herseqovina
22 avqust
17:00. Rusiya – Azərbaycan
24 avqust
20:00. Azərbaycan - Serbiya
25 avqust
17:00. Fransa – Azərbaycan