Bosniya və Herseqovinada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının məşqçi heyəti ölkəmizin Bosniya və Herseqovinadakı konsul Elmar Ağasıyevlə, konsulluğun nümayəndəsi Emil Məlikovla, Bosniya və Herseqovina voleybol federasiyasının prezidenti Alija Fatiç ilə görüşüblər. Matc.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında idman sahəsində daha geniş əlqələrin yaradılması və birgə əməkdaşlığın daha da möhkəmlənməsi haqqında danışılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest