"Neftçi" və "Qarabağ"ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibləri müəyyənləşib. Matc.az xəbər verir ki, bu, Avropa Liqasında mübarizəni dayandıran "Neftçi" Konfrans Liqasının qrup mərhələsinə düşmək üçün İsrailin "Makkabi" (Hayfa) komandasını üstələməlidir. Sözügedən komanda Konfrans Liqasının 3-cü mərhələsi çərçivəsində evdə 7:2 hesabı ilə məğlub etdiyi "Torshavn"a Farer adalarında minimal hesabla yenilsə də, mərhələ adlayıb.
 
"Qarabağ" isə Şotlandiya "Aberdin"i ilə üz-üzə gələcək. "Aberdin" İslandiyada 3:2 hesabı ilə yendiyi "Breydablik"ə öz meydanında da qalib gəlib - 2:1.
 
Qeyd edək ki, "Qarabağ" və "Neftçi" ilk oyunlarını avqustun 19-da öz meydanında keçirməlidir. Lakin buna görə matçların tarixində dəyişiklik edilməsi gözlənilir. Cavab görüşləri isə avqustun 26-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest