Futbol üzrə Gürcüstan çempionatına fasilə verilib. Matc.az xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Buna ölkədə koronavirusa yoluxma hallarının artması və epidemioloji vəziyyətin pisləşməsi səbəb göstərilib.
 
Gürcüstan Futbol Federasiyası (GFF) futbolçuların, azarkeşlərin sağlamlığını və təhlükəsizliyini əsas tutaraq, avqustun 14-dən sentyabrın 4-nə qədər futbol yarışlarına müvəqqəti fasilə verib. Liqalar sentyabrın 4-də yenidən bərpa olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest