"Zirə" daha 3 gənc futbolçunu heyətinə qatıb. Matc.az xəbər verir ki, 20 yaşlı Ramin Əhmədov və Samir Qurbanovla 4, 21 yaşlı Rüstəm Nuriyevlə isə 3 illik müqavilə imzalanıb.
 
Hər üç futbolçu ötən mövsüm futbol üzrə Azərbaycan çempionatının Birinci Divizionunda çıxış edib. Ramin Əhmədov və Rüstəm Nuriyev "Zaqatala", Samir Qurbanov isə "Kəpəz" klubunun formasını geyinib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest