Futbol üzrə Azərbaycan I Divizionunda 2021/2022-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. Matc.az xəbər verir ki, mərasim 18 avqust tarixində AFFA-nın inzibati binasında baş tutacaq.
 
Saat 14:00-da başlanacaq və pandemiya qaydalarına riayət olunmaqla keçiriləcək tədbirə klub və KİV nümayəndələri dəvətlidir.
 
Qeyd edək ki, I Divizionda yeni mövsüm 13 sentyabrda start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest