Azərbaycan Voleybol Federasiyasının baş katibi, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov qurumun plenar iclasında iştirak edib. Matc.az xəbər verir ki, CEV-in İdarə Heyəti yeni tərkiblə ilin 3-cü toplantısını avqustun 14-də Avstriyanın paytaxtı Vyanada keçirib.
 
İclasda 2021-ci ilin voleybolsevərlər üçün həyəcanlı bir il olduğu qeyd edilib. Daha sonra hər kəsin böyük maraqla izlədiyi Tokio-2020 Yay Olimpiya Oyunlarından, çimərlik voleybolu üzrə qitə birinciliyindən və bir neçə gündən sonra start götürəcək Avropa çempionatından danışılıb. O cümlədən iclasda pandemiya dövrünün voleybola olan mənfi təsirlərindən və onunla mübarizə yolundan, həmçinin gələcək üçün qarşıda duran planlardan danışılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest