Futbol üzrə Türkiyə 1-ci liqasında 2021/22 mövsümünə start verilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun formasını geyindiyi "Bursaspor" da yeni mövsümdə ilk matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Adanaspor" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
Namik bu görüşün iştirakçısı olmayıb. O, qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. Bu komandanın digər yeni transferi, Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budak isə görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest