Həmkarlarımızın iddiasına görə, çərçivədə Qunnar Nilsen dayanacaq. Onun önündə Atli Qreqersen və Odmar Fero mərkəz müdafiəçisi kimi çıxış edəcəklər. Müdafiənin solunda Vilyormur Davidsen, sağında isə Gilli Rolantsson yer alacaq.

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan yığmasını qəbul edəcək Farer adalarının təxmini "11-liy"i müəyyənləşib. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Lars Olsen 4-5-1 taktiki sxeminə üstünlük verəcək.

Həmkarlarımızın iddiasına görə, çərçivədə Qunnar Nilsen dayanacaq. Onun önündə Atli Qreqersen və Odmar Fero mərkəz müdafiəçisi kimi çıxış edəcəklər. Müdafiənin solunda Vilyormur Davidsen, sağında isə Gilli Rolantsson yer alacaq.

Yarımmüdafiə xətti iki hissədən ibarət olacaq. Brandur Hendriksson və Hallur Hansson əsasən müdafiəyə kömək etmək vəzifəsini icra edəcəklər. Onların önündə Rene Şaki Yensen pleymeyker funksiyasını yerinə yetirəcək. Kay Leo Bartalsstovu yarımmüdafiənin sol, Yohan Simun Edmundsson sağ cinahından hücuma dəstək verəcək. Finnur Yustinussen isə hücumun mərkəzində qol axtarışında olacaq.

Qeyd edək ki, Farer adaları – Azərbaycan görüşü Bakı vaxtı ilə 22:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest