"Liverpul"un və Slovakiya milli komandasının sabiq futbolçusu Martin Şkrtelin yeni klubu məlum olub. Matc.az xəbər verir ki, 36 yaşlı müdafiəçi ölkəsinin "Spartak" klubuna keçib.
 
Bu barədə Trnava təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Şkrtellə imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
Şkrtel daha əvvəl İngiltərədə "Liverpul", Rusiyada "Zenit", İtaliyada "Atalanta", Türkiyədə "Fənərbaxça" və "Başakşəhər" kimi klublarda çıxış edib. Müdafiəçi Slovakiya yığmasında 104 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest