"Zirə"nin yeni transferi Loris Broqno Niderlandın "NAK Breda" klubundan təklif alıb. Matc.az xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb. Xəbərdə, Broqnoya "Zirə" ilə yanaşı, "NAK Breda"nın da təklif göndərdiyi bildirilib.
 
Belçikalı yarımmüdafiəçinin seçimi isə daha yüksək maaş təklif edən "Zirə"dən yana olub.
 
"Zirə" Broqnonu Belçikanın "Birşot" klubundan transfer edib. Yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest