Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Krneta açıqlama verib.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Krneta açıqlama verib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının Avropa çempionatında iştirak edəcək heyətində yer almayan voleybolçu bunları deyib:
 
"Hər kəsi salamlayıram. öncə onu deyim ki, voleybol üçün çox darıxmışam. Məlum səbəblərdən bu Avropa çempionatında iştirak edə bilmirəm. Hazırda Serbiyadayam və yavaş-yavaş burada fiziki məşqlərə başlayıram. Avqustun 20-də komandamız çempionatın ilk matçına çıxacaq. İkiqat sevincliyəm, çünki Azərbaycan millisi qrup oyunlarını Serbiyanın paytaxtı Belqrad şəhərində oynayacaq. çalışacam komandamın bütün oyunlarını arenadan izləyim və onlara dəstək olum. Demək olar ki, hər gün komanda yoldaşlarımla danışırdım.
 
Millimiz Avropa çempionatına iki ay hazırlıq mərhələsi keçib və yoxlama oyunları oynayıb. Mənim fikrimcə, hər bir komandada müəyyən problemlər olur. Amma belə mötəbər yarışda çıxış edən komandanı dəstəkləyən insanlar onlardan yalnız gözəl oyun və qələbə gözləyir. Düzdür, bu Avropa çempionatında bəzi voleybolçularımız məlum səbəblərdən iştirak etmir və komandamız güclü rəqiblərlə bir qrupda mübarizə aparır.
 
Düşünürəm ki, Avropa çempionatında iştirak edən hər bir komanda güclüdür. Buna görə qızlarımız hər setdə, hər matçda sona kimi mübarizə aparmalı və öz oyunlarını mükəmməl oynamalıdırlar. Komandamıza uğurlar arzu edirəm, inanıram ki, onlar yaxşı çıxış edəcəklər".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest