Qadın voleybolçulardan ibarət Belçika millisinin üzvü Manon Streycer açıqlama verib. Matc.az xəbər verir ki, yerli mətbuata danışan Streycer, Azərbaycan yığmasına qarşı keçirəcəkləri Avropa çempionatının A qrupunun ilk oyunu barədə fikirlərini söyləyib:
 
"Hazırlıq planlaşdırdığımız kimi getmədi. Avropa çempionatını aparıcı hücumçumuz Kayya Qrobelnasız başa vurmalıyıq. Əlbəttə, təslim olmamışıq. Mümkün qədər yaxşı məşq etmişik və turnirə yüksək əhval-ruhiyyədə başlayacağıq.
 
Normal səviyyəmizə çatsaq, Azərbaycanı, Bosniya və Herseqovinanı, həmçinin Fransanı məğlub edə bilərik. İlk oyun olduqca vacibdir. Millətlər Liqasında ritmimizi və oyun səviyyəmizi ən qısa zamanda tapmalıyıq. Rəqibə hörmətlə yanaşırıq. Onları qiymətləndirməmək olmaz".
 
Avqustun 20-də keçiriləcək Azərbaycan – Belçika oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Azərbaycan millisi A qrupunda Belçika ilə yanaşı, ev sahibi Serbiya, Rusiya, Fransa və Bosniya və Herseqovina ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest