Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında mübarizəyə başlayıb. Matc.az xəbər verir ki, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı ilk sınağında Belçika yığması ilə qarşılaşıb.
 
Serbiyanın paytaxtı Belqraddakı "Stark Arena"da keçirilən görüş komandamız üçün uğursuz alınıb. Hər üç seti məğlub başa vuran voleybolçularımız 0:3 hesabıyla uduzublar.
 
Qeyd edək ki, Azərbaycan millisinin A qrupundakı digər rəqibləri Serbiya, Rusiya, Fransa, Bosniya və Herseqovina yığmalarıdır. Komandamız növbəti görüşünü sabah Bosniya və Herseqovinaya qarşı keçirəcək.
 
Avropa çempionatı
A qrupu
20 avqust
 
Azərbaycan - Belçika 0:3 (13:25, 24:26, 13:25)
Belqrad. "Stark Arena".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest