Türkiyənin "Fənərbaxça" klubu 2 ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçuları İrfan Can Kahveci və Filip Novak sıradan çıxıb.
 
Hər iki oyunçu Avropa Liqasının pley-off mərhələsinin HJK (Finlandiya) ilə ilk matçında (1:0) zədələnib.
 
Futbolçuların son durumu tibbi müayinədən sonra bilinəcək.
 
"Fənərbaxça"da daha əvvəl yarımmüdafiəçi Dmitris Pelkas və hücumçu Sərdar Dursun zədələnmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest