21 Avqust 2021, 22:10
TOP OYUNLARI
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununa çıxıb. Matc.az xəbər verir ki, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı ikinci sınağında Bosniya və Herseqovina yığması ilə qarşılaşıb.
Bakı vaxtı ilə saat 20:00-da başlayan qarşılaşma yığmamız üçün uğursuz alınıb. Voleybolçularımız bu dəfə də hər üç seti məğlub başa vurublar.
Azərbaycan yığmasının heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova və Anastasiya Bayduk yer alıb.
Qeyd edək ki, Azərbaycan millisi A qrupundakı ilk oyununda Belçika seçməsinə 0:3 hesabı ilə uduzub. Komandamız sabah Rusiya voleybolçuları ilə qarşılaşacaq.
Avropa çempionatı
A qrupu
21 avqust
Azərbaycan - Bosniya və Herseqovina 0:3 (14:25, 23:25, 17:25)